Damarlar və toxumalar
Rəngli Doppler müayinələri
Doppler rejimi adi ultrasəs görüntüsünə qan axınını əlavə edir. Ekranda rəng və qrafik şəklində bunlar görünür: damar açıqdırmı, qan hansı istiqamətdə və hansı sürətlə axır. Müayinə ağrısızdır, iynə tələb etmir.
Hansı hallarda istifadə olunur?
- Damarların rəngli doppleroqrafiyası: göndərişdə göstərilən damar hövzəsi üzrə aparılır. Məsələn, venalarda tromboz şübhəsi olduqda.
- Qaraciyərin portal sistemi: portal hipertenziya əlamətləri qiymətləndirilir. Portal venada axının dəyişməsinə və kollateral venaların genişlənməsinə baxılır.
- Hamiləlikdə Doppler: həkimin göstərişi ilə dölün və plasentanın qan dövranı qiymətləndirilir.
- Orqan və törəmələrin qanlanması: məsələn, qalxanvari vəz düyünlərində, limfa düyünlərində və süd vəzi törəmələrində.
- Əməliyyatdan sonrakı nəzarət: həkimin göstərişi ilə.
Hazırlıq
- Ətraf damarları: hazırlıq tələb olunmur.
- Qarın boşluğu damarları (məsələn, portal sistem): qarın boşluğunun USM-i kimi ac gəlmək lazımdır.
Bu sahədə hazırlıq
- 2010qarın boşluğu orqanlarının boz şkala və rəngli doppleroqrafiyası kursu.
- 2012–2013İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Radiologiya kafedrasında damarların rəngli doppleroqrafiyası və hamilələrdə doppleroqrafiya kursu.
- 2024portal Doppler və portal hipertenziya mövzusunda seminar çıxışı.
- 2020ARB24 kanalında COVID-19 xəstələrində tromboz şübhəsi olduqda USM-in yeri barədə izahat.
Suallar
Doppler adi USM-dən nə ilə fərqlənir?
Adi USM orqanın quruluşunu göstərir, Doppler isə damarlardakı qan axınını. Çox vaxt hər ikisi eyni müayinədə aparılır.