Qadın sağlamlığı
Hamiləlikdə ultrasəs müayinəsi
Ultrasəs hamiləlik müayinələrinin ən vaciblərindən biridir. Hamiləlikdə heç bir problem olmasa belə, dölün inkişafı müəyyən həftələrdə ultrasəslə izlənir. Mərkəzi Gömrük Hospitalında Dr. Əhmədovanın fəaliyyət sahəsinə erkən hamiləliyin təyini və hamiləliyin trimestrlər üzrə müayinəsi daxildir.
Hər dövrdə nəyə baxılır?
- Erkən dövr: hamiləliyin təsdiqi, döl yumurtasının uşaqlıq boşluğunda yerləşməsi, hamiləliyin müddəti və döllərin sayı.
- I trimestr (adətən 11–14-cü həftələr): dölün ölçüləri və ilkin anatomiyası. Bəzi ölçülər qan analizləri ilə birlikdə xromosom anomaliyaları üzrə riskin hesablanmasında istifadə olunur. Risk yüksək çıxsa, həkim əlavə müayinə tövsiyə edir.
- II trimestr: dölün orqanlarının quruluşu ətraflı yoxlanılır: baş beyin, üz, ürək, ağciyərlər, qarın boşluğu orqanları, böyrəklər və sidik yolları, ətraflar.
- III trimestr: dölün böyüməsi, plasentanın yerləşməsi, döl ətrafı mayenin miqdarı. Göstəriş olduqda Doppler aparılır.
Müayinələrin vaxtını hamiləliyi izləyən həkim müəyyən edir. Müəyyən hallarda, məsələn, ürək qüsuru şübhəsində hamilə ətraflı müayinə üçün fetal diaqnostika üzrə mütəxəssisə yönləndirilir.
USM-in imkanları və sərhədləri
Ultrasəs dölün inkişafı ilə bağlı bir çox pozuntunu göstərə bilər. Lakin bütün qüsurları hər zaman aşkarlamaq mümkün deyil. Görüntünün keyfiyyətinə bunlar təsir edir:
- dölün vəziyyəti;
- hamiləliyin müddəti;
- ananın bədən quruluşu.
Tez-tez USM zərərlidirmi?
Diaqnostik ultrasəs ionlaşdırıcı şüa istifadə etmir. Tibbi göstərişlə aparılan müayinələrin döl üçün zərərli olduğu sübut olunmayıb. Buna baxmayaraq, beynəlxalq tövsiyələr müayinəni yalnız tibbi göstəriş olduqda və lazım olan müddət ərzində aparmağı məsləhət görür. Müayinələrin sayını və vaxtını hamiləliyi izləyən həkim müəyyən edir.
Hazırlıq
- Erkən müddətdə: qarın üzərindən müayinə üçün sidik kisəsinin orta dərəcədə dolu olması tələb oluna bilər.
- Sonrakı müddətlərdə: adətən hazırlıq lazım deyil.
- Əvvəlki müayinə nəticələrini və analizləri özünüzlə gətirin.
Bu sahədə hazırlıq
- 2012–2013İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Radiologiya kafedrasında obstetrik USM və hamilələrdə doppleroqrafiya kursu.
- 201811-ci Beynəlxalq Türkiyə Maternal-Fetal Perinatologiya Konqresi, İstanbul.
- 2023STV-nin «Xəbər» proqramına iki müsahibə: «Hamiləlikdə tez-tez USM zərərlidirmi?» və «Hamiləlikdə USM ilə aşkarlanan xəstəliklər».
Suallar
Hamiləlikdə neçə dəfə USM etdirmək olar?
Sayı hamiləliyin gedişatından asılıdır. Problemsiz hamiləlikdə əsas müayinələr müəyyən həftələrdə aparılır. Əlavə müayinəyə ehtiyacı həkim müəyyən edir.
"Xatirə üçün" USM çəkilişi etdirmək olarmı?
Beynəlxalq tövsiyələr ultrasəsin yalnız tibbi məqsədlə aparılmasını məsləhət görür. Sualınızı hamiləliyi izləyən həkimlə müzakirə edin.