Qadın sağlamlığı
Ginekoloji ultrasəs müayinəsi və follikulometriya
Bu müayinə kiçik çanaq orqanlarını əhatə edir: uşaqlığı, endometriumu (uşaqlığın daxili qatını) və yumurtalıqları. Mərkəzi Gömrük Hospitalında Dr. Əhmədovanın fəaliyyət sahəsinə ginekoloji orqanların müayinəsi, follikulometriya və erkən hamiləliyin təyini daxildir.
Nə vaxt təyin olunur?
- menstrual tsiklin pozulmaları, qarının aşağı hissəsində ağrı;
- ginekoloqun göndərişi ilə müayinə və ya müalicənin izlənməsi;
- hamiləlik planlaşdırılarkən follikulometriya;
- hamiləlik testi müsbət olduqda erkən hamiləliyin təyini (bax: Hamiləlikdə USM).
Nəyə baxılır?
- uşaqlığın ölçüləri və quruluşu;
- endometriumun qalınlığı;
- yumurtalıqlarda follikullar və kistalar;
- kiçik çanaqda sərbəst maye.
Tapıntılar menstrual tsiklin gününə uyğun dəyərləndirilir.
Follikulometriya
Follikulometriya bir tsikl ərzində bir neçə dəfə təkrarlanan müayinədir. Bu müayinədə aşağıdakılar izlənir:
- yumurtalıqlarda follikulların böyüməsi;
- dominant follikulun seçilməsi;
- ovulyasiya;
- endometriumun dəyişməsi.
Müayinənin hansı gün başlanacağını və neçə dəfə aparılacağını ginekoloq və ya reproduktoloq müəyyən edir.
Hazırlıq
- Qarın üzərindən müayinə: sidik kisəsi dolu olmalıdır. Adətən müayinədən təxminən bir saat əvvəl 1 litrə yaxın su içib sidik kisəsini boşaltmamaq tövsiyə olunur.
- Transvaginal müayinə: əksinə, sidik kisəsi boşaldılır.
Hansı üsulun tətbiq olunacağını qeydiyyat zamanı dəqiqləşdirin.
Bu sahədə hazırlıq
- 2015ginekoloji xəstəliklərdə diferensial USM üzrə praktik seminar kursu.
- 2024«2-ci Qadın Sağlamlığı və Radiologiyası» Beynəlxalq Tibbi Konqresində məruzə.
- Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin üzvüdür.
Suallar
Müayinəni tsiklin hansı günü etdirmək lazımdır?
Bu, müayinənin məqsədindən asılıdır və ginekoloq tərəfindən müəyyən edilir. Göndərişdə gün göstərilməyibsə, qeydiyyat zamanı soruşun.